Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını artırıb | Banco.az

Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Gürcüstana ümumi dəyəri 15 mln. 109,8 min dollar olan 275 209,8 ton sement ixrac edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi sementin həcmi 61 911,7 ton və ya 29% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin analoji dövründə Gürcüstan Azərbaycandan 10 mln. 802,5 dollar dəyərində 213 298,1 ton sement alıb.

Hesabat dövründə Gürcüstan Azərbaycandan ümumi dəyəri 10 mln. 649,9 min dollar dəyərində 22 913,5 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar idxal edib. İllik müqayisədə bu məhsulun həcmində 11 705 ton və ya 2 dəfədən çox artım qeydə alınıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç