Gürcüstan Azərbaycandan sement idxalını artırıb | Banco.az

Gürcüstan Azərbaycandan sement idxalını artırıb

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 73 738,7 ton sement ixrac olunub.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan aldığı sementin ümumi dəyəri 4 mln. 173,4 min dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

İllik müqayisədə Azərbaycandan Gürcüstana ixrac olunmuş sementin həcmi 11 245,3 ton və ya 17,9%, məbləğ baxımından isə 965,2 min dollar və ya 30,1% çoxdur.

Ötən ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 3 mln. 208,2 dollar dəyərində 62 493,4 ton sement alıb.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et