Günəş enerjisi ilə işləyən təyyarə | Banco.az

Günəş enerjisi ilə işləyən təyyarə

Alternativ enerji vasitələrinin tapılması insanları gələcəkdə yarana biləcək problemlərdən sığortalayır. Alternativ vasitə kimi üzərində düşünülən əsas enerji qaynaqlarından biri də günəş enerjisidir. Elə gələcək təyyarələrdə də əsas yanacaq vasitəsi kimi günəş enerjisindən istifadə edilməsi nəzərdə tutulur. 2015-ci ildə uçuş həyata keçirməsi planlaşdırılan Günəş batareyalı təyyarə bu yaxınlarda özünün ilk uçuşunu yerinə yetirib.
“Solar Impulse 2″ adlandırılan təyyarə İsveçrənin Payern aerodromundan havaya qalxıb. Bu, ötən il təqdim edilmiş “Solar Impulse” adlı Günəş enerjisi ilə işləyən təyyarənin yenilənmiş versiyasıdır. Təyyarə Amerika Birləşmiş Ştatları ərazisi üzərindən uçub. Uçuş zamanı kabinədə yalnız təyyarəçi Marks Şerdel olub.
Günəş enerjisi ilə işləyən bu təyyarənin ağırlığı 2,3 ton təşkil edir. Onun qanadlarının səthi 17 min fotoelementlə örtülüb. Bu isə öz növbəsində elektrik mühərriklərini Günəş enerjisi ilə qidalandırır və onun sürətini saatda 140 kilometrə çatdırmağa imkan verir. Gün ərzində Günəş panelləri litium-ion batareyalarını enerji ilə doldurur, bu isə öz növbəsində gecə vaxtı da təyyarənin mühərriklərinin işləməsini təmin edir.


 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et