"Günaybank ASC"-dən hər hansı bir vəsaitin qanunsuz yolla çıxarılması qeyri mümkündür! | Banco.az

"Günaybank ASC"-dən hər hansı bir vəsaitin qanunsuz yolla çıxarılması qeyri mümkündür!

"Günaybank ASC"-dən hər hansı bir vəsaitin qanunsuz yolla çıxarılması qeyri mümkündür. Bunu Bankın İdarə Heyətinin Sədrinin vəzifəsini icra edən Zaur Əhmədov deyib.

Zaur Əhmədov qeyd edib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində "Günaybank ASC"-nin əməkdaşı Emin Zeynalovun bankın əmanətçilərinin vəsaitlərini mənimsəyərək ölkədən qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır. “ Bu məlumatlar həqiqəti əks etdirmir. E.Zeynalov bir ilə yaxındır "Günaybank ASC"--də çalışırdı. Onun şəxsi borc öhdəlikləri olması barədə şübhələr olduğundan və Bankın gələcəkdə hər hansısa bir reputasiya risklərinə məruz qalmaması səbəbi ilə E.Zeynalov iyun ayının 5-də vəzifəsindən azad edilib “

Z. Əhmədov əlavə edib ki, E.Zeynalovun şəxsi borc öhdəliklərinin bankın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Korporativ idarəetmə standardlarına əsasən, dördgöz prinsiplərinə uyğun olaraq bankda tətbiq olunan daxili nəzatər və hesabatlıq sistemləri "Günaybank ASC"-də hər hansı vəsaitin qanunsuz yolla çıxarılmasını mümkünsüz edir. Bank bütün normativlərə həmişə əməl etmiş və bankın maliyyə dayanıqlılığı, likvidliyi təmamilə prudensial normalara uyğundur.

Ən sərfəli kredit üçün müraciət et

Bu cür dəqiqləşdirilməmiş məlumatların kütləvi informasiya vasitələri tərəfindən verilməsi əmanətçilər və bankın müştəriləri arasında çaşqınlıq yaratmaqla "Günaybank ASC" üçün cəmiyyətdə imic riski yaradır. "Günaybank ASC" kütləvi informasiya vasitələrini bankla bağlı hər hansı bir məlumatı yaymadan öncə Bankın rəsmiləri ilə dəqiqləşdirməyə çağırır.

"Günaybank ASC" Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 23 noyabr 1992-ci il tarixli 23 saylı icazə əsasında fəaliyyət göstərir. 2017-ci ildə 25 illik yubileyini qeyd edən Bank öz müştərilərinə geniş spektrdə məhsul və xidmətlərin çeşidini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et