“Günay Sığorta”nı peşəkar komanda idarə edəcək” –İddialarla bağlı rəsmi açıqlama | Banco.az

“Günay Sığorta”nı peşəkar komanda idarə edəcək” –İddialarla bağlı rəsmi açıqlama

Son bir neçə gündə “Günay Sığorta” işçilərin şirkətdən ayrılması xəbərlər yayılıb. Şirkətdən banco.az-a bildirilib ki, hər ay bir neçə yeni işçi qəbul edilə, bir neçə nəfər də işdən ayrıla bilər. “Günay Sığorta”da 3-4 ay ərzində bir neçə nəfər işdən ayrılıb.  Amma bu kütləvi ixtisar anlamına gəlmir. Sadəcə “Günay Sığorta” şirkətində gələcək inkişaf və ölkənin maliyyə bazarında aparıcı mövqe tutması üçün kadr dəyişiklikləri edilib. Şirkət sığorta sektorunda təcrübəsi olan peşəkar komanda tərəfindən idarə ediləcək.

Eləcə də bax: http://banco.az/az/news/tural-poladov-vezifesinden-getdi

Belə ki, şirkətin Satış blokunun rəhbəri vəzifəsi ölkənin aparıcı bank və sığorta şirkətlərində çalışmış peşəkar sığortaçı Ramin İsmayılova həvalə edilmişdir. Qeyd edək ki, Ramin İsmayılov bank və sığorta sahəsində 13 ildən çox təcrübəyə malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Günay Sığorta işçinin öhdəliklərini, üzərində işlədiyi hər hansı layihəni yüksək səviyyədə icra etməsi üçün ona səlahiyyətləri çərçivəsində azadlıq verir. Hər bir işçinin karyera və peşəkar inkişafı üçün geniş imkanlar yaradır. Ona görə də hal hazırda Günay Sığortada 15 ildən çox fəaliyyət göstərən sadiq əməkdaşlar vardır.

Şirkətin digər rəhbər işçiləri haqqında məlumat Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilmişdir. Rəsmi cavab gəldiyi zaman bu məlumatlar açıqlanacaqdır.

Fəaliyyətimizdə əsas məqsədimiz xidmətlərimizin keyfiyyətini artırmaq, şəffaflığı təmin etmək, müştəri məmnuniyyətini yüksəltməkdir. Bununla bağlı yeni layihələrimizi tezliklə müştərilərimizin istifadəsinə təqdim edəcəyik.

Ən sərfəli krediti almaq üçün müraciət et