“Günay Sığorta”-nın yeni satış ofisi açıldı | Banco.az

“Günay Sığorta”-nın yeni satış ofisi açıldı

“Günay Sığorta”ASC müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə Quba şəhərində yeni satış ofisinimüştərilərin xidmətinə verdi. Quba satış ofisi Heydər Əliyev prospekti 2/3B ünvanında yerləşir vəhəftə içi hər gün saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Satış ofisi fiziki və hüquqi şəxslərə sığorta xidmətlərini təklif edir. 

Şimal regionun rəhbəri sığorta sahəsində geniş təcrübəyə malik Əmrulla Xankişiyev açılış mərasimində bildirib ki, “Yeni satış ofisimizdə sığorta məhsulları təqdim etməkdən və əhalidə yaranan sığorta ilə bağlı sualları cavablandırmaqdan məmnunluq duyarıq.Satış ofisimiz Şimal regionu üzrə müştəri xidmətləri keyfiyyətinin daha da artırılması və sığorta hadisələrinin daha operativ tənzimlənməsinə xidmət göstərəcək.” Açılış mərasimində region rəhbəri tərəfindən sığorta məhsulu əldə edən ilk müştəriyə hədiyyə təqdim olunmuşdur.

Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 26 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et