'Google'un sahibi 'Uber'in rəqibinə $1 milyard dollar yatırdı | Banco.az

'Google'un sahibi 'Uber'in rəqibinə $1 milyard dollar yatırdı

“Google” şirkətinin daxil olduğu “Alphabet” holdinqi ABŞ-da fəaliyyət göstərən Lyft taksi servisinin investisiya raundunda iştirak edib.

Bu barədə şirkətin özü bildirib. “Alphabet”in vençur fondu olan CapitalG sözügedən investisiya raundunun aparıcı investoru olub. Belə ki, o, Lyft-ə 1 milyard dollar investisiya yatırıb. Müqavilənin şərtlərinə əsasən CapitalG-nin əməkdaşı David Lawee, Lyft-in direktorlar şurasına daxil olacaq. Qeyd etmək lazımdır ki, daha öncə “Alphabet”in pilotsuz avtomobillər istehsalı ilə məşğul olan “Waymo” şirkəti, pilotsuz avtomobillər sahəsi ilə bağlı Lyft ilə əməkdaşlığa başlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Həmin əməkdaşlığın təfərrüatları isə məlum deyil. Həmçinin “Waymo”, “Uber” (Lyft-in ABŞ-dakı əsas rəqibi) ilə məhkəmə prosesində iştirak edir. Belə ki, “Uber”, “Waymo”nun keçmiş əməkdaşının şirkətdən gizli texnologiyaları alaraq “Uber”ə təhvil verilməsində ittiham olunur. “Uber”in hal hazırki qiyməti 70 milyard dollar qiymətlərindirilir. Keçirilmiş sözügedən sonuncu investisiya raundundan sonra isə Lyft 11 milyard dollar dəyərində qiymətləndirilir. Bununla yanaşı Lyft onu da qeyd edib ki, o,  hal hazırda ABŞ əhalisinin 95%-nə xidmət göstərə bilir. İlin əvvəlində isə bu göstərici 54% idi. Həmçinin Lyft qeyd edib ki, gələn il artıq gəlirli şirkət olmağı planlaşdırır. 

Mənbə:technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et