Google Maps – dən növbəti YENİLİK | Banco.az

Google Maps – dən növbəti YENİLİK

Google sizə hər hansı bir qidalanma müəssisəsinə necə gediləcəyi, həm də orada nə yeyilə biləcəyi ilə bağlı kömək etmək istəyir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Google şirkəti ötən cümə axşamı mətbuata açıqlamasında Google Maps tətbiqinə yeni xüsusiyyətlər əlavə edildiyini söyləyib. Belə ki, Google Maps tətbiqi artıq restoranlara aid fotoşəkil və məxsusi məlumatları da əks etdirəcək. Bununla yanaşı əgər dilini bilmədiyiniz xarici bir ölkədəsinizsə, tətbiq izahatları sizin dilinizə tərcümə edəcək. Yeni xüsusiyyətlər ilk olaraq Android üçün nəzərdə tutulsa da, növbəti aylarda iPhone – lar üçün də tətbiq ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Onu da xatırladaq ki, Google şirkəti bu yaxınlarda Google Maps tətbiqinə yemək sifarişi etmək xüsusiyyətini də əlavə edəcəyini elan etmişdi.

Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et