Google-dan Avropada 3 milyard avro əlavə investisiya | Banco.az

Google-dan Avropada 3 milyard avro əlavə investisiya

ABŞ-lı texnologiya şirkəti Google-ın İcraçı direktoru Sundar Pichai, Avropadakı data mərkəzlərini genişləndirmək məqsədilə 3 milyard avro əlavə sərmayə qoyulacağını bildirib.

Pichai, əlavə qoyuluşlarla 2007-dənbəri Google-ın Avropadakı sərmayələrinin ümumi həcminin 15 milyard avroya çatacağını bildirib.

Pichai, yeni əlavə investisiyaların Avropa İttifaqında məşğulluğu dəstəkləyəcəyini də vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Google-ın bərpa olunan enerjiyə intensiv investisiya qoyduğunu bildirən Pichai, Avropa ittıfaqında külək və günəş kimi bərpa olunan enerji mənbələrinə 1 milyard avro sərmayə qoyacaqlarını bildirib.

Googleın Finlandiya, Hollandiya, İrlandiya və Belçikada data mərkəzləri yerləşir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et