Gömrüyə bəyannamə verməyənlər məsuliyyətə cəlb olunacaqlar | Banco.az

Gömrüyə bəyannamə verməyənlər məsuliyyətə cəlb olunacaqlar

Gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaq

“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”da dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olacaq, lakin bu, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et