"Gömrük vergiləri və devalvasiya ticarət fərqini həll etməyəcək" | Banco.az

"Gömrük vergiləri və devalvasiya ticarət fərqini həll etməyəcək"

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ və Çini, gömrük vergilərini artırmağın daxili və qlobal iqtisadi artıma zərər verəcəyini bildirərək xəbərdarlıq edib. BVF eyni zamanda məzənnə manipulyasiyanın da işə yaramadığını bildirib.

BVF iqtisadçıları, "İkitərəfli gömrük vergilərinin artırılması ticarət disbalansını (bərabərsizliyini) aradan qaldrmaz, iki ölkəni də başqa ölkələrlə ticarətə istiqamətləndirir. Bu addımlar biznes etibarını və investisiyaları "baltalayıb" qlobal təklif zəncirini pozaraq ölkədaxili və qlobal iqtisadiyyata zərər verir. Eyni zamanda, istehlakçıların və istehsalçıların xərclərini artırır",- deyiblər.

Qeyd edək ki, ABŞ-ın Çinə ixracı, Çindən idxalından azdır. Tramp Çindən idxalı azaltmaq üçün bu ölkəyə əlavə gömrük vergiləri tətbiq edir və eyni zamanda bu ölkədən ABŞ mallarını almasını tələb edir. Həmçinin Donald Tramp Dolların çox dəyərli olduğunu bildirərək Fed-i faiz endirməyə və pul təklifini artırmağa çağırır. Artıq Çin, milli valyutası yuanı ucuzlaşdıraraq ABŞ-ın gömrük vergilərinin mənfi təsirini yumuşaltmağa çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Bir ölkənin öz puluna ucuzlaşdırması planının "əziyyətli və yüksək ehtimalla müvəffəqiyyətsiz" olacağını bildirən BVF iqtisadçıları, mərkəzi banklara edilən  təzyiqlər ilə məqsədə çatılmayacağını vurğulayıblar.

Həmçinin müəlliflər, "Pul siyasətinin yumuşaldılmasının (faizlərin endirilməsi və s.) bir ölkənin pul vahidini zəiflədəcəyi və bunun da ticarət dövriyyəsində daimi yaxşılaşma təmin edəcəyi fikirinə çox bel bağlamamaq lazımdır",- deyə xəbərdarlıq ediblər.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et