Gömrük Komitəsi büdcəyə ödənişlərini 28%-dən çox artırıb | Banco.az

Gömrük Komitəsi büdcəyə ödənişlərini 28%-dən çox artırıb

Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 413 milyon 394,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon 232,9 min manat və ya 28,32% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 27 milyon 19 min manat və ya 31,43% artaraq 112 milyon 970,2 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 54 milyon 528,6 min manat və ya 25,42 artaraq 269 milyon 36,9 min manat, aksizlər 7 milyon 401,6 min manat və ya 40,56% artaraq 25 milyon 648,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 milyon 283,7 min manata və ya 66,1% artaraq 5 milyon 738,6 min manat təşkil edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et