Gömrük Komitəsi büdcəyə 2,4 mlrd. manat köçürüb | Banco.az

Gömrük Komitəsi büdcəyə 2,4 mlrd. manat köçürüb

Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd. 383 mln. 400,01 min manat daxil olub.

Komitənin açıqladığı statistikaya istinadən xəbər verilir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 326 mln. 739,7 min manat və ya 15,89% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin 11 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 632 mln. 969,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 64 mln. 339,54 min manat, aksizlər üzrə 78 mln. 248,7 min manat, yol vergisi üzrə isə 31 mln. 842,63 manat təşkil edib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et