Girov ilə yüksək məbləğdə kredit ala biləcəyiniz BANKLAR | Banco.az

Girov ilə yüksək məbləğdə kredit ala biləcəyiniz BANKLAR

Banklar müştərilərə müxtəlif növ kreditlər təklif edir.  Ən çox tələb görən kredit növü isə istehlak kreditləridir. Bu kreditlər, banklar tərəfindən iş yerindən arayış və zamin əsasında verilir.

Lakin, istehlak kreditlərinin məbləği bəzən müştəriləri qane etmir. Çünki onlar daha yüksək məbləğə ehtiyac duyurlar.

Banklar isə yüksək məbləği biznes krediti kimi müştərilərə təklif edirlər. Onu da qeyd edək ki, bu tip kreditlərin əldə olunması üçün müştərinin şəxsi biznesinin olması şərtdir. Bu isə fiziki şəxslər üçün əlçatmaz olur.

Bəs yüksək məbləğdə nağd pul kreditini necə əldə etmək olar?

Bunun bir yolu vard. Bu da girov təminatlı kreditlərdir.

Bir sıra banklar daşınmaz əmlakın girovu  ilə yüksək məbləğdə nağd pul krediti təklif edir.

Həmçinin bax: Ən aşağı faizlə kredit verən 9 bank

Girov üçün təklif olunan daşınmaz əmlak müştərinin özünə və ya birinci dərəcəli yaxınlarına məxsus olmalıdır. Bu zaman kredit mütəxəssisi tərəfindən araşdırma aparılır və ekspert daşınmaz əmlakın bazar dəyərini müəyyən edir. Kredit məbləği isə daşınmaz əmlakın bazar dəyərindən aşağı olur.

Banco.az  banklardan əldə etdiyi məlumata əsasən xəbər verir ki, aşağıda göstərilmiş banklar girov əsasında nağd pul krediti təklif edirlər:

Bank

Məbləğ

Faiz

Müddət

AFB Bank

-

- -

Bank BTB

Maks. 70 000 AZN

min 23%

3-36 ay

Caspian Development
 Bank

5 000 - 30 000 AZN

32%

24 ayadək

Expressbank

3 000 - 30 000 AZN

22-26%

36 ay qədər

Ən sərfəli kredit üçün müraciət et

  • AFB Bank tərəfindən girov ilə verilən kreditlərə fərdi qaydada baxılır. Kredit məbləği  daşınmaz əmlakın maksimum 60%-i həcmində müəyyən olunur. Faiz dərəcəsi və müddət isə hər bir müştəri üzrə fərdi qaydada müəyyən olunur.
  • Bank BTB. Daşınmaz əmlakın dəyərinin 70%-dək olan hissəsi nağd pul krediti kimi təklif olunur.
  • Caspian Development Bank. Yalnız Bakı şəhəri, Abşeron rayonu və Sumqayıtda yerləşən əlmaklar girov kimi qəbul edilir.
  • Expressbank. Daşınmaz əmlakın bazar dəyərinin 70% hissəsi nağd pul krediti kimi təklif olunur. 

Qeyd edək ki, bu növ kreditlərin əldə olunması üçün bank tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əmlakın qiymətləndirmə sənədi, həmin məznildə yaşayanların sənədləri, onların razılıq kağızları, müştərinin şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et