Gillete şirkəti 8 milyard dollar ziyana düşdü - SƏBƏB | Banco.az

Gillete şirkəti 8 milyard dollar ziyana düşdü - SƏBƏB

Son dövrlər gənclər arasında saqqal modasının sürətlə yayıldığı müşahidə olunur.

Banco.az xəbər verir ki, sözügedən proses dünyanın ən böyük satış markası olan "Gillette" şirkətinin ziyana düşməsinə səbəb olub. Belə ki, gənclərin saqqala üstünlük verməsi nəticəsində ülgücdən imtina etməsi şirkəti 8 milyard dollar ziyana salıb.

Ən sərfəli kredit üçün müraciət et

P&G markasının rəsmi nümayəndəsi Jon Moellerin sözlərinə görə, ülgüclərə olan təlabatın azalması köpük, gel və təraşdan sonrakı balzam kimi məhsulların da satışına təsir edib.

Qeyd edək ki, yüz on səkkiz yaşlı markanı 2005-ci ildə P&G rəsmisi Jon Moeller 157 milyard dollara satın alıb.

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç