“Gilan Holdinq"in və şirkətlərinin kapitalları artırılacaq | Banco.az

“Gilan Holdinq"in və şirkətlərinin kapitalları artırılacaq

Azərbaycanda ən böyük şirkətlər qrupu sırasına daxil olan, iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərən “Gilan"ın və holdinqə daxil olan bir sıra digər şirkətlərin nizamnamə kapitallarının artırılması planlaşdırılır.

Nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək ki, bu da holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç