Gənclər kriptovalyutalara daha çox güvənir - SORĞU | Banco.az

Gənclər kriptovalyutalara daha çox güvənir - SORĞU

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin verdiyi məlumata görə, yaxın vaxtda aparılan bir sorğuda kriptovalyutalara ən çox maraq göstərən şəxslərin yaşı 20 civarında olan gənclərin təşkil etdiyi məlum olub. Bu, bütün dünya müstəvisində də belədir.

Koreya Maliyyə İnvestorlarını Qoruma Cəmiyyəti yaşları 25-64 arasında dəyişən 2530 şəxs arasında sorğu keçirib. Nəticədə gənc təbəqənin 22,7% -nin kriptovalyuta aldığı məlum olub. Yaş – kriptovalyuta nisbəti aşağıda nümayiş edilib:

30 yaş – 19.3%

40 yaş – 12%

50 yaş – 8.2%

60 yaş – 10.5%

Ən çox kriptovalyuta investoru yaşları 20-30 arasında olanlardır. Ancaq ən çox sərmayə qoyanlar yaşı 60-dək olanlardır. Yaşları 60 civarında olanlar ümumilikdə 6.58 milyon von sərmayə qoyublar.

Sıralama belədir:

50 yaş – 6.28 milyon von (5900 dollar)

40 yaş – 3.99 milyon von (3748 dollar)

30 yaş – 3.73 milyon von (3504 dollar)

20 yaş – 2.93 milyon von (2752 dollar)

Respondentlərin 70,2% -i kriptovalyutanı investisiya vasitəsi kimi, qalan hissəsi isə ödəniş vasitəsi kimi alıblar.

Digər sorğular

Cənubi Koreya xaricində edilən sorğuya misal olaraq, “Blockchain Capital” tərəfindən 2000 amerikalı arasındakı sorğunu xatırlatmaq mümkündür. 18-34 yaş arasında şəxslər arasında aparılan sorğu 2017-ci ilin noyabr ayında keçirilib. Respondentlərin 30%-i 1000 dollar dəyərində digər valyuta və ya aktivlərə sahib olmaqdansa, eyni dəyərdə Bitcoin-ə sahib olmağı üstün tutublar. Ancaq həmin şəxslərin yalnız 2%-i hazırda və ya keçmişdə kriptovalyuta sahibi olub. “Blockchain Capital”-in baş direktoru Spens Boqart sorğu haqda bunları bildirib:

“Araşdırmanın nəticələri Bitcoin-in yolunun açıq olduğunu inancımızı artırdı”.

İngiltərədə yerləşən kriptovalyuta birjası olan “London Block” 2017-ci ilin dekabrında 2000 britaniyalının qatıldığı sorğu təşkil edib. İştirak edən 45 yaşından daha az şəxslərin 5%-i kriptovalyuta sahibi olduğunu, 11%-i isə gələcəkdə bu sahəyə sərmayə qoymaq istədiyini vurğulayıb.

Gənclərin daha çox kriptovalyutalara meyllənməsi dünya miqyasında eynilik təşkil edir. 1990-cı illərdə 35 yaşlı bir şəxs əmlaka investisiya qoyardı. Hazırda isə durum dəyişib. Gənclər kriptovalyutalara daha çox üstünlük verirlər.

Ən sərfəli kredit üçün müraciət et

Tanınmış kriptovalyuta mütəxəssisi Filip Strebl ötən il Bitcoin və qızıl arasındakı əlaqə haqda danışaraq “Bitcoin qızıldan daha çox bazar payına sahibdir”, – deyə qeyd etmişdi. Bu məsələ haqda fikir bildirən Qarrik Hileman isə bunları söyləmişdi:

“Gənclərin çalışıb daha çox pul qazanmağa başladığı dönəm 2008-ci ildəki iqtisadi böhranla üst-üstə düşdü. Bununla da bir çox gəncin nənəvi maliyyə xidmətlərinə, hətta birbaşa maliyyə sisteminə güvənmədiyini demək olar”.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et