Gəlirimizin 70 faizi istehlaka, 3 faizi kreditə gedir | Banco.az

Gəlirimizin 70 faizi istehlaka, 3 faizi kreditə gedir

Azərbaycan əhalisinin gəliri 24 milyard manata çatıb

2014-cü ilin yanvar-avqust aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 24,0 milyard manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, onun hər nəfərə düşən həcmi 2560 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4 faiz bəndi üstələyərək 3,8 faiz olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan gəlir 21,8 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artıb. 

Bizimyol.info

Ən sərfəli krediti almaq üçün müraciət et