Gəlir bərabərsizliyi necə ölçülür? - Cini və Palma indeksi | Banco.az

Gəlir bərabərsizliyi necə ölçülür? - Cini və Palma indeksi

Gəlir bərabərsizliyi insan yaranandan bu günə qədər ən aktual mövzulardandır. Kimilərin daha çox pulu var, kimilərin isə daha az. Bəs bunları hansı yollarla hesablayırlar?

Related image

Əsas 2 göstəricini nəzərdən keçirəcəyik. İlk öncə Cini indeksi ilə tanış olaq.

İtalyan statistiki Corrado Gininin adı ilə bağlı olan bu indeks 1912-ci ildə elmə daxil edilmişdir. Əhalinin gəlirləri arasında qeyri-bərabərliyi ölçən bu indeks 0 və 1 arasında dəyişir. İndeks 0-a (0%) yaxınlaşdıqca əhali arasında bərabərlik artır, 1-ə (100%) yaxınlaşdıqca isə bərabərsizlik artmağa başlayır.

Aşağıdakı qrafik cini indeksini göstərir. Burada, diaqonal xətt bərabərlik xəttini, əyri xətt isə bərabərsizliyi göstərir ki, bu da Lorens əyrisi adlanır. Cini əmsalı Lorens əyrisi ilə bərabərlik xətti arasındakı sahənin qrafiklə bərabərlik xətti arasındakı sahəyə nisbəti ilə ölçülür: Cini indeksi = B/(A+B)

İndi isə gəlir bərabərsizliyini daha müasir metodunu nəzərdən keçirək. Bu müasir metod Palma nisbəti adlanır ki, 2013-cü ildə Alex Cobham və Andy Sumner tərəfindən təklif edilmişdir. Bu təklifin əsasında Jose Gabriel Palmanın müşahidələri dayandığından həmin göstərici də məhz onun adı ilə adlandırılmışdır.

Bu indeks ən çox 10% gəlir əldə edənlərin payının ən az 40% gəlir əldə edənlərin payına nisbəti kimi hesablanır. Sual oluna bilər ki bəs yerdə qalan 50% niyə hesablanmır? Çünki ən çox dəyişikllik ən varlı və ən kasıb adamların gəlirlərində baş verir, geridə qalan orta təbəqədə isə dəyişikliklər çox cuzi olduğundan hesaba daxil edilmir. Cini indeksindən fərqli olaraq, bu indeks bərabərsizliyi daha dəqiq ölçür. Qeyd edim ki, bu indeks 0 və 10 rəqəmi arasında qiymət alır. İndek 10-a yaxınlaşdıqca bərabərsizlik artır, 0-a yaxınlaşdıqca isə əhali arasında gəlir bərabərliyi artır.

Aşağıda isə ən çox və ən az gəlir bərabərsizliyi olan ölkələr və onların hər iki indeksdə göstəriciləri əks olunmuşdur. Ən çox gəlir bərabərsizliyi olan ölkə Cənubi Afrika Respublikasıdır ki, burada ümumi gəlirlərin təxminən 63%-i əhalinin 27%-nin əlində cəmlənmişdir. Ən az bərabərsizlik isə Ukraynadadı ki, burada əhalinin 76%-i ölkə gəlirlərinin 24%-nə sahiblənmişdir.

Ölkələr

Palma indeksi

Cini indeksi

Cənubi Afrika

7.1

63.4

Haiti

6.5

60.8

Botsvana

5.8

60.5

Namibiya

5.8

61.0

Mərkəzi Afrika Respublikası

4.5

56.2

Zambiya

4.3

55.6

Lesoto

4.3

54.2

Kolumbiya

3.9

53.5

Braziliya

3.5

51.5

Ukrayna

0.8

24.1

Sloveniya

0.9

25.6

Norveç

0.9

25.9

Slovakiya

0.9

26.1

Qazaxıstan

0.9

26.3

Çexiya

0.9

26.1

İsveç

0.9

27.3

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et