Gələn il Ombudsmanın fəaliyyətinə 1,9 milyon manat ayrılacaq | Banco.az

Gələn il Ombudsmanın fəaliyyətinə 1,9 milyon manat ayrılacaq

Gələn il insan hüquqları üzrə müvəkkilin (Ombudsman) fəaliyyətinə ayrılacaq vəsait məlum olub. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, gələn il insan hüquqları müvəkilliyinin fəaliyyətinin maliyyə təminatı üçün dövlət büdcəsindən 1,9 milyon manat vəsait ayrılacaq.  

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu il də Ombudsman Aparatının fəaliyyətinə 1,9 milyon manat ayrılıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et