"Gələn il FED uçot dərəcəsini daha çox artıracaq" - Goldman Sachs | Banco.az

"Gələn il FED uçot dərəcəsini daha çox artıracaq" - Goldman Sachs

"Bu il FED-in uçot dərəcəsini 5 iclasda artırması az ehtimal olunsa da, 2019-cu ildə daha çox artımla üzləşəcəksiz". Bu açıqlamanı ABŞ-ın nüfuzlui "Goldman Sachs" investisiya bankının baş iqtisadçısı Yan Hatsius (Jan Hatzius) verib.

Hatsius bildirib ki, işsizliyin 3,25-3,5%-ə geriləməsi və inflyasiyanın 2% hədəfinə çatması və onu ötməsi FED-ə uçot dərəcəsini hər rüb bir dəfədən çox artırmağa imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

"Düşünürəm ki, ABŞ iqtisadiyyatı qızma riski ilə qarşılaşıb. Monetar siyasət buna əngəl olmalıdır", - deyə baş iqtisadçı vurğulayıb.

Qeyd edək ki, FED-in monetar siyasət iclasları hər rübdə 2 dəfə keçirilir. Bu il FED-in 4 iclasda, yəni rübdə bir dəfə uçot dərəcəsini artırması ehtimal olunur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et