Gələcəyin iş dünyasında nələr dəyişəcək? | Banco.az

Gələcəyin iş dünyasında nələr dəyişəcək?

World Economic Forum tərəfindən nümayiş olunan "İşlərin Gələcəyi" hesabatına görə, önümüzdəki dörd ildə, var olan 1 milyona yaxın iş yox olarkən 1,74 milyon yeni iş ortaya çıxacaq.

Gələcəyin iqtisadiyyatı, gələcəyin texnologiyası, gələcəyin iş dünyası, gələcəyin ictimai həyatı kimi mövzular üzərində çalışan World Economic Forum (WEF), müəyyən aralıqlarla "İşlərin Gələcəyi" başlıqlı hesabatlarını paylaşır. Sonuncu, 2018-ci ilin sentyabr ayında, 150 səhifədən ibarət geniş bir məqalə ilə nəşr olundu. Hesabat dünyanın müxtəlif sektorlarında xidmət göstərən 313 şirkətin menecerlərindən alınan cavabları qiymətləndirərək yaradılıb. Bu şirkətlər ümumilikdə 15 milyondan çox işçini təmsil edir.

Bu günün uşaqlarını gələcəyə necə hazırlayırıq?

Analitik və innovativ düşünmə, təsirli öyrənmə strategiyalarına sahib olma, yaradıcılıq, orijinallıq və təşəbbüskarlıq kimi çox bacarıqlar bu gün nə qədər əhəmiyyətlidirsə, 2022 və sonrasında da o qədər əhəmiyyətli olacaq. Yeni hesabatda ilk dəfə siyahıya girən iki bacarıqdan biri "yeni texnologiyaları dizayn etmə, proqramlaşdırma (və izah etmə) qabiliyyəti" digəri isə "sistem analizi və qiymətləndirilməsi"dir.

Şirkətlər hansı sahələrə investisiya edəcəklər?

Şirkətlərin 85%-i, 2022-ci ilə qədər olan müddətdə böyük data analitiki üzərinə investisiya edəcəklərini ifadə etmişlər. Bundan əlavə, onların mexanika mühəndisliyi, robot texnologiyası, virtual reallıq, bulud texnologiyaları və "obyektlərin interneti" texnologiyalarına sərmayə edəcəkləri proqnozlaşdırılır. Böyük bir dəyişiklik də var; önümüzdəki illərdə iş dünyasında fiziki ofislər dəyərini itirərkən, uzaqdan çalışan personal məşğulluğu məşhur hala gələcək. Bundan əlavə, şirkətlər son illərdə daimi kadrların işə götürülməsi deyil, xarici peşəkar məsləhət xidmətləri satın almaq və ya işçi ilə müvəqqəti və çevik əməkdaşlıq qurma ideyasına baxacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

İnsan resursları şöbəsinin gündəmi necə formalaşacaq?

Yeni texnologiyaların işlərimizə inteqrasiya etməsi ilə birlikdə işlərin quruluş forması də davamlı olaraq dəyişir. Növbəti dörd ildə şirkətlərdə çalışanların 35%-i işlərinə uyğun olaraq bacarıqlarını artırmaq üçün altı aya qədər əlavə təlimə ehtiyac duyacaqları bildirilir. Bu təlimlərin yeni texnologiyalara uyğunlaşmaq üçün keçiriləcəyini demək mümkündür. Şirkətlərin dəyişən bacarıqlara yönəlmiş inkişaf etdirəcələri strategiyaları nəzərdən keçirərkən, əsas mövzuların aşağıdakı kimi olduğunu görürük:

  • Yeni texnologiyaları istifadə etmə bacarığına sahib qalıcı personalları işə almaq
  • Mövcud işçiləri yenidən öyrətmək
  • Mövcud işçilərdən yeni bacarıqlar qazanmasını gözləmək
  • Yeni texnologiyalardan istifadə etmək imkanına malik olmayan işçilərin vəzifədən azad edilməsi

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et