Futbol üzrə Dünya Çempionatı haqqında maraqlı faktlar | Banco.az

Futbol üzrə Dünya Çempionatı haqqında maraqlı faktlar

1. Futbol üzrə dünya çempionatının rəsmi adı belədir: FİFA-nın Dünya Kuboku. Futbol uzrə dünya çempionatı cəmi 20 dəfə keçirilmişdir.  

2. Futbol üzrə ilk dünya çempionatı 1930-cü ildə Uruqvayda (Cənubi Amerika) keçirilmişdir. Elə ilk dünya çempionu da Uruqvay (1930-cu il) olmuşdur.

3. II Dünya Müharibəsi dövründə və neçə illər sonra (1939-1349) futbol üzrə dünya çempionatının keçirilməsi dayandırılmışdır.

4. Braziliyalı furbolçu Pele (Edson Arantes du Nasimentu) dünya futbolunun kralı hesab edilir. Pele futbol üzrə keçirilən dünya çempionatında rəqib qapılarına 12 top keçirmişdir. Pele — 3 dəfə dünya çempionu olmuş yeganə futbolçudur.

5. Braziliya yeganə ölkədir ki, fütbol üzrə keçirilən dünya çempionatlarının hamısında iştirak etmişdir.

6. Futbol üzrə keçirilən DÇ-larında çempion olmuş ölkələr: Braziliya-5 dəfə, İtaliya-4 dəfə, Almaniya-3 dəfə, Uruqvay-2 dəfə, Argentina-2 dəfə, Fransa-1 dəfə, İngiltərə-1 dəfə, İspaniya-1 dəfə.

7. Futbol üzrə dünya çempionu olanlara 1930-1970-ci illərdə Jül Rime Kuboku verilirdi.

8. 1970-ci ildə Meksikada keçirilən fütbol üzrə dünya çempionatının finalında qarşılaşan Braziliya və İtaliya yığmalarının hər ikisi 2 dəfə dünya çempionu olduğundan 3 dəfə çempion olana kubokun həmişəlik verilməsi qərara alınmışdır. Bu kuboka Braziliya yığması həmişəlik sahib olmuşdur. 

9. 1974-cü ildən isə fütbol üzrə dünya çempionlarına yeni kubok – FİFA-nin Dünya Kuboku verildi.

10. CAR (Cənubi Afrika Respublikası) – futbol çempionatı keçirilən yeganə Afrika ölkəsidir. CAR FİFA-ya üzv olmuş ilk Afrika ölkəsidir. CAR 1964-cü ildə FİFA-dan kənarlaşdırılmışdır (ölkədə aparılan siyasi məsələlərə görə), 1992-ci ildə isə CAR yenidən FİFA-ya qəbul edilmişdir və futbol üzrə XIX dünya çempionatı (2010-cü ildə) bu ölkədə keçirilmişdir.

11. Həm futbolçu, həm də məşqçi qismində dünya çempionu olmuş futbolçular: Frans Bekkenbauer (1974, 1990) və Mario Zaqallo (1958, 1970).

12. Futbol üzrə dünya çempionatı tarixində ən tez vurulan qol Türkiyə yığmasının oyunçusu Hakan Şükürə məxsusdur. (2002) Türkiyə-C. Kopeya matçında (3-2). Matç başlanandan 11 saniyə sonra qol vurulmuşdur.

13. Türkiyə — futbol üzrə dünya çempionatında 3-cü yer tutan yeganə Şərq ölkəsidir (2002).

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: kayzen.az

Ən sərfəli krediti almaq üçün müraciət et