Funt-sterlinq "Brexit" səsverməsilə kəskin ucuzlaşdı | Banco.az

Funt-sterlinq "Brexit" səsverməsilə kəskin ucuzlaşdı

Funt sterlinq/dollar (GBP/USD - British Pound US Dollar) məzənnəsi, Theresa May hökumətinin "Brexit" müqaviləsinin parlamentdə keçirilmiş səsvermədə rədd edilməsinin ardından kəskin düşüb. Sonra məzənnə yenidən yüksələrək itkisini geri alıb.

Theresa May-ın Avropa Birliyi ilə razılaşdırdığı "Brexit" müqaviləsi parlamentdə keçirilmş səsvermədə 432 səs ilə (əleyhinə) rədd edilib. Müqavilənin lehinə cəmi 202 səs verilib. 

Səsvermənin ardından ilk əməliyyatlarda Sterlinq/dollar məzənnəsi kəskin düşüb (Sterlinq ucuzlaşıb, dollar bahalaşıb) Sonra isə məzənnə yüksəlib. Analitik proqnozlar, 100-dən çox bir səs fərqinin funt-sterlinq üçün mənfi olacağı istiqamətində idi.

Sterlinq/dollar məzənnəsi səsvermənin ardından 1.2670-yə qədər gerilədikdən sonra 0.01 faiz minusda 1.2857-yə yüksəlib (saat 08:55-ə olan məlumat). 

Ən sərfəli kredit üçün müraciət et

İnvestorların əksəriyyəti üçün ən yaxşı ssenari ikinci dəfə referenduma getmək olacaq. Belə bir vəziyyətdə sterlinq/dolar məzənnəsi - "Bloomberg"in analitiklər arasında keçirdiyi sorğusunun nəticələrinə görə 1.35-ə qədər yüksələ bilər.

"Bloomberg"in sorğusunun nəticələrinə görə ən pis ssenari olan müqaviləsiz "Brexit"in reallaşdığı ssenaridə məzənnə 1.15 səviyyəsinə pisləşə bilər.

Funt-sterlinq "Brexit" referendumundan bu yana 15 faiz ucuzlaşıb.

Qırmızı xətt referendumu, mavi xətt 2017 seçkisini göstərir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et