Fuad Muradov: “İpoteka vəsaiti azladılmamalıdır” | Banco.az

Fuad Muradov: “İpoteka vəsaiti azladılmamalıdır”

Milli Məclisin bu günkü plenar iclasında deputat Fuad Muradov ipoteka vəsaitləri ilə bağlı məsələni qaldırb. Gün.Az xəbər verir ki, millət vəkili bildirib ki, hazırda bu vəsaitlər azaldıla bilməz.

“Düşünürəm ki, indiki mərhələdə ipotekanın azalmasına yol verə bilmərik. Xahiş edirəm ki, hökümət bu məsələyə baxsın”. Bu gün gənclərin mənzil məsələsini “bir nömrəli məsələ” adlandıran F.Muradov qeyd edib ki, Azərbaycanın mentalitetində evə ailəyə bağlılıq məsələsi olduğu üçün ev məsələsi ən prioritet məsələlərdəndir.
“Hətta işdən də əvvəl mənzil məsələsi gəlir. Bu məsələni diqqətdə saxlamaq lazımdır”-deyə deputat vurğulayıb.
Deputat bildirib ki, Azərbaycan büdcəsində biz bu gün ən müsbət cəhət Dövlət Neft Fondundan transferlər 17,7 faiz azalmasıdır.
“Bu da əslində Azərbaycan büdcəsini digər neft gəlirlərinin həyata keçirilməsi üçün böyük imkanlar verəcək. Eyni zamanda beynəlxalq maliyyə və valyuta təşkilatları ilə iş davam olur”.

F.Muradov qeyd edib ki, təhsillə bağlı həyata keçkirilən islahatlar dəstəklənir.
“Biz buna öz töhfəmizi verməliyik. Söhbət təkcə məktəblərdən, məktəbəqədər müəssisələrdən deyil, ali təhsil müəssisələrindən də gedir. Düşünürəm ki, bu istiqamətdə islahatlar vacibdir”.

Deputat unversitetlərin müstəqil fəaliyyəti ilə bağlı müzakriələrə toxunaraq bilidirb ki, bu addım da aparılan islahatların tərkib hissəsi olmalıdır.
"Əgər universitetlər daha çox müstəqillik isyəyirsə onlar müstəqil maliyyə siyasəti həyata keçirməlidirlər. Bununla bağlı dövlət öz addımlarını ata bilər”.

Fuad Muradov həmçinin Xocalı soyqırımı zamanı hər iki valideynini itirimiş uşaqların məsələsiin qaldırıb.

Deputat bildirib ki, ötən il bu məsələ ilə bağlı Milli Məclisdə məsələ qaldırıb.

“Keçən il biz müraciət etmişdik ki, Xocalı faciəsində hər iki valideyinlərini itirən 25 nəfərin məsələsinə baxılsın. Düşünürəm ki, onların məsələsinə bir də qayıtmaq olar. Bu çox böyük məsələ deyil.

Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlər üçün cənab prezidentin sərəncamı ilə yeni binalar tikilir, məktəblər tikilir. Bu 25 uşağa xüsusi yanaşma olsa həm də bu bir az fərqlənər”-deyə deputat vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et