Fransa texnologiya şirkətlərinə vergi qoyulması üçün qətiyyət göstərir | Banco.az

Fransa texnologiya şirkətlərinə vergi qoyulması üçün qətiyyət göstərir

Rumıniyanın paytaxtı Buxarest şəhərində avrozonaya daxil olan ölkələrin maliyyə nazirlərinin yığıncağında Fransanın maliyyə naziri Le Mar bu verginin ABŞ-a aid "Alphabet", "Amazon", "Facebook", "Apple" kimi 30 texnoloji şirkətə təsirinin olacağını və yığılacaq vergi məbləğinin hər il yarım milyard avroya çata biləcəyini deyib. O, bu qərarın dünya vergi sistemində "daha çox ədalət" tələbinə əsasən verildiyini vurğulayıb. Qeyd edək ki, mart ayında Avropa İttifaqı (Aİ) texnoloji şirkətlərlə əlaqədar bütün Aİ ərazisini əhatə edən rəqəmsal verginin tətbiqi ilə bağlı razılaşma əldə etmişdi. Bu razılaşmaya əsasən, Aİ ərazisində fəaliyyət göstərən iri texnologiya şirkətlərinə 3 faiz dərəcəsi ilə vergi tətbiq etmək nəzərdə tutulur. Fransa artıq Avstriyadan sonra rəqəmsal şirkətlərdən vergi tutacaq ikinci ölkə olub. Avstriyanın transmilli rəqəmsal şirkətlərdən 200 milyon avro vergi tutacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et