FOTO: Legonun Danimarkadakı yeni evi belə görünür | Banco.az

FOTO: Legonun Danimarkadakı yeni evi belə görünür

Konstuktor istehsalçısı olan LEGO kompaniyası Danimarkanın Billund şəhərində yeni binasının açılışın edib. Mərkəz eksperimental laboratoriya, yeni məhsul prototiplərinin sınaqdan keçirilməsi üçün poliqon və nadir modellərin saxlanılması üçün muzey kimi istifadə olunacaq. LEGO-nun yeni evi belə görünür.

Xaricdən bina ağ rəngə boyansa da yuxarıdan baxdıqda, fərqli rəngli konstruktor detallarından yığılmış kimi görünür. İnşaata 2014-cü ildə başlansa da tikinti yeni yekunlaşıb. Elə başlanğıcdan model qismində LEGO-dan olan evcik istifadə olunub.

pic

Image result for billund denmark lego house

Gələcək binanın miniatür modeli inşaatdan öncə fərqli ölkələrdə - İsveçrə, Fransa və ABŞ-da səfərdə olub. Bina elə girişdən böyük təəccüb doğurur- onun bir hissəsi LEGO kubiklərindən ibarətdir, onların üzərinə dırmaşmaq olur.

pic

İçəridə fərqli otaqlar vardır, onlar gələn qonaqları ruhlandırmaq, əyləndirmək və bir-biri ilə ünsiyyətə səsləmək üçün xüsusi üslubda qurulub.

Ən sərfəli kredit üçün müraciət et

pic

pic

Mərkəzi pilləkənin yanında 6,3 milyon detaldan ibarət nəhəng konstruktor ağac vardır.  LEGO təmsilçilərinin sözlərinə əsasən, bu ağac şirkətin köklərini əks etdirir – şirkətin ilk konstuktorları plastikdən deyil, ağacdan düzəldilibmiş.

pic

pic

LEGO evində yeraltı anbar yerləşir ki, orada son 50 il ərzində istehsal olunmuş ən unikal və dəyərli dəstlər saxlanılır. Ziyarətçilər onları izləyə və keçmiş aləmə səyahət edə bilər.

Kompaniya gözləyir ki, LEGO evini 250 mindən çox insan ziyarət edəcək. Giriş bileti 31 dollaradır. Binada həmçinin 3 restoran, açıq kafe və firma məhsullarının satış dükanları vardır.

pic

Ən sərfəli krediti almaq üçün müraciət et