Foreks: "Dollar müvəqqəti 0.3%-ə kimi bahalaşa bilər" | Banco.az

Foreks: "Dollar müvəqqəti 0.3%-ə kimi bahalaşa bilər"

Beynəlxalq maliyyə bazarlarında Avrozona və ABŞ-dan açıqlanacaq önəmli göstəricilər öncəsi EUR/USD məzənnəsində korreksiya müşahidə edilir.

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bazar ertəsindən etibarən bahalaşma müşahidə edilir. Lakin bahalaşma müvəqqəti amillərlə əlaqələndirilir və 0.3%-ə kimi davam etdikdən sonra ucuzlaşmanın sürətlənə biləcəyi proqnozlaşdırılır. 

EUR/USD məzənnəsi də 1.13$-ın altında ticarət edilir və bu səviyyənin altında qalarsa, 1.12$-a kimi ucuzlaşa bilər. 

Ən sərfəli kredit üçün müraciət et

USD/TRY məzənnəsi isə 5.70TL ətrafında dalğalanır və 5.83TL-yə kimi bahalaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın gələcək iqtisadi vəziyyətinə dair gözləntiləri ölçən indeksin və 16:30-da ABŞ-dan inflyasiya və pərakəndə satış dövriyyəsi ilə bağlı dərc ediləcək fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et