Forbesin üçüncü varlısı, əsl investor Warren Buffet dövrü sonamı çatır? | Banco.az

Forbesin üçüncü varlısı, əsl investor Warren Buffet dövrü sonamı çatır?

82 mlrd dollar xalis sərvəti olan Warren Buffetin artıq 87 yaşı var. Son günlərdə 142 mln itirsə də, əsas məsələ bu deyil. Əsas məsələ Berksire Hathaway inc şirkətinin son zamanlar səhminin dəyərini 281 min dollara qədər düşməsidir. Düzdür , bu şirkət Forbes siyahısında üçüncüdür və bazar dəyəri 492 mlrd dollardır. Amma fevral ayının əvvəllərində 1 səhminin qiyməti 326 min dollar olan Berkshire şirkətinin hazırda səhmlərini 14% dəyər itirməsi qəribə söhbətləri də ortaya çıxardır.  Əslində aktivləri 702 mlrd , xalis mənfəəti 39 mlrd olan şirkət üçün bu az görünə bilər.  Amma Buffetin yaşlanması ilə səhmlərin dəyərinin 45 000 dollar aşağı düşməsi Buffet dövrünün sona çatması şayiəsini medyada yayılmasına səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

1955-ci ildə qurulan mərkəzi Omahada yerləşən investisiya şirkətinin 377 min işçisi var, həmin işçilərin şirkətə qazandırdıqları gəlir isə 235 mlrd dollardır. 

Xəzər Aslanov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et