Fond: Bu, bank sisteminin risklərini azaldacaq | Banco.az

Fond: Bu, bank sisteminin risklərini azaldacaq

2018-ci ildə İpoteka və Kredit Zəmanət Fondu ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsini təmin edəcək.

Bu “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatda öz əksini tapıb.

“2018-ci ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, ipoteka kreditləri ilə yanaşı ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsi təmin ediləcək. Yeni mexanizmin tətbiqi   potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcək”, - deyə məlumatda vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et