“Fitch” Azərbaycanın reytinqinə yenidən baxacaq | Banco.az

“Fitch” Azərbaycanın reytinqinə yenidən baxacaq

“Bunun planlaşdırılan vaxtdan öncə ediləcəyi istisna deyil”.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi fevral ayının 26-da Azərbaycanın kredit reytinqinə yenidən baxmağı planlaşdırır.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bunu “Sberbank Investment Research”in analitikləri qeyd edib.

“S&P yanvar ayının 29-da Azərbaycanın kredit mövqeyini bir pillə “BB+”qədər endirib. “Moody’s” fevralın 5-də Azərbaycanın kredit reytinqini “Ba1”pilləsinə qədər azaldaraq onu gələcəkdə də mövqeyinin endirilə biləcək mövqeyə yerləşdirib”, - “Sberbank Investment Research”in analitikləri tərəfindən hazırlanmış “Borc bazarları bu gün – 9 fevral 2016-cı il” analitik icmalında qeyd edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu qərar neftin qiymətini ucuzlaşmasının ölkə iqtisadiyyatına mənfi təsirinin nəticələri və onun maliyyə sabitliyi ilə şərtləndirilir. Reytinqin aşağı düşməsi iqtisadiyyatda kəskin çökmə və büdcə ödəmələrinə, eləcə də ödəmə balansına təzyiq nəticəsində meydana gəlib.

Bununla yanaşı, “Sberbank Investment Research” analitikləri “Fitch Ratings”in Azərbaycanın reytinqini fevralın 26-da yenidən nəzərdən keçirəcəyini porqnoz verirlər.

“Biz ehtimal edirik ki, o da Azərbaycanın reytinqini (hazırda reytinq “BBB”dir) azaldacaq. “Fitch”in bunu planlaşdırdığı zamandan öncə edəcəyi də istisna deyil”, - icmalda bildirilib.

Ən sərfəli krediti almaq üçün müraciət et