“Finoko” kapitalını kəskin artırıb | Banco.az

“Finoko” kapitalını kəskin artırıb

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 1 milyon 255 min manat və yaxud təxminən 2,3 dəfə artıraraq 2 milyon 255 min manata çatdırıb.

Bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 10 manat olan 125 500 ədəd yeni səhm buraxılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətli kağızları “Finoko”nun mövcud səhmdarları Elçin Əliyev və Elmar Əliyev indiyə qədər mövcud olan paylarına uyğun şəkildə (50:50) əldə ediblər. Son nəticədə BOKT-un səhmdarlarının pay bölgüsündə dəyişiklik olmayb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et