“Finca Azerbaijan”nın filiallarının yarısında kredit verilişi dayandırıldı | Banco.az

“Finca Azerbaijan”nın filiallarının yarısında kredit verilişi dayandırıldı

Azərbaycanda ən böyük bank olmayan kredit təşkilatı “Finca Azerbaijan”ın filiallarının yarısı kredit verilişini dayandırıb. 

Kredit təşkilatından bildirilib ki, yanvar ayından etibarən Bakı, Abşeron, Şirvan, Quba, Siyəzən, Zaqatala üzrə filiallar da daxil olmaqla ümumilikdə 28 filialdan 12-də kredit verilişi dayandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Kreditlərin dayandırılmasının səbəbi açıqlanmasa da, bunun müvəqqəti xarakter daşıdığı bildirilib. 

Fins.az-ın məlumatına görə, “Finca Azerbaijan”ın kreditlər üzrə bəzi şərtləri dəyişəcəyi, o cümlədən faiz dərəcəsini artıracağı gözlənilir.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et