Filmlərdə gördüyümüz təhlükəli səhnələr necə çəkilir? | Banco.az

Filmlərdə gördüyümüz təhlükəli səhnələr necə çəkilir?

“Filmlər, seriyallar və ya reklamlarda gördüyümüz təhlükəli səhnələri necə çəkirlər?” sualını yəqin ki, bir çoxumuz vermişik.

Bu məsələni araşdırdıq. Gəlin birlikdə nəzər salaq.

 

Greenbox nədir?

“Greenbox” – “kilidli rəng” deyilən çəkiliş hiylələri prodüserlər tərəfindən ən çox üstünlük verilən texnologiyalardan biridir. Sadə bir izahatla, iki fərqli görünüşü bir-birinin üzərinə uyğunlaşdırır.

“Greenbox” texnologiyası ilə insanları, yerləri və səhnələri istədiyiniz kimi dəyişmək imkanınız var. Eyni zamanda “Greenbox” texnologiyası ilə asanlıqla təhlükəli səhnələri çəkə bilərsiniz. Yəni, “Greenbox” texnologiyası bir çəkiliş hiyləsinə bənzəyir. Filmlərdə istifadə edilən bu texnoloji tətbiqlərin növləri var: 

-  Greenscreen (yaşıl ekran)

-  Bluescreen (mavi ekran)

-  Greenbox (yaşıl qutu)


Bugünkü günümüzdə daha çox xarici fantastika filmlərində təhlükəli, qeyri-adi səhnələr görülür. Bu filmlərdə gördüyümüz yüksəkdən düşən insanlar, qırılan körpülər, sehr və cadular, kosmos vasitələri kimi hər cür qeyri-adi səhnələr “Greenbox” texnologiyası ilə yaradılır. Bəzi populyar filmlər ilə nümunə kimi qeyd etsək:

Ən sərfəli kredit üçün müraciət et

“Harry Potter”dakı “Hogwarts School” əslində yalnız əl istehsalı olan bir maketdir. 

“Inception” filmində küçələrin, binaların və körpülərin hərəkəti də “Greenbox” texnologiyasıdır.

Əlbətdə ki, heç birimizin “Avatar” filmindəki mavi canlıları gündəlik həyatda görmək kimi bir şansımız yoxdur. Film səhnələri “Greenbox” texnologiyasından  istifadə edərək hazırlanmış müxtəlif paltarlar və arxa planda istifadə olunan yaşıl pərdələrlə hazırlanır.

 

“Greenbox” texnologiyasından necə istifadə edilir?

1. Bu texnologiyanın istifadə edilməsi üçün çəkiləcək səhnəyə uyğun bir otağa ehtiyac var.

2. İkincisi, otaq içərisində olan  səs  izolyasiyası düzgün təmin edilməlidir.

 

Otaq içi tamamilə yaşıl parça ilə örtülməlidir. Yaşıl rəng seçilməsinin səbəbi insanların konsentrasiyasına imkan verən səmərəli rəng olmasıdır. Lakin burada əsas məsələ  fon yaşıl rəng olan zaman oyunçu  yaşıl rəngli geyimləri seçməməlidir. Bu vəziyyətdə fon mavi olur. Lakin açıq hava çəkilişləri olduğu zaman fon rəngi də yaşıl seçilir. Səbəbi isə montaj prosesində rənglərin prosesə müdaxilə edə bilməsidir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et