Fermerlərə subsidiyaların verilməsində yeni qaydalar | Banco.az

Fermerlərə subsidiyaların verilməsində yeni qaydalar

2020-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək.

Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. Onun sözlərinə görə, hazırda subsidiyaların verilməsi mexanizminin formalaşdırılması istiqamətində işlər aparılır: "Fikrimiz ondan ibarətdir ki, bu subsidiyaların verilməsi elə formalaşsın ki, fermer heç bir insan amilindən asılı olmayaraq, subsidiyanı yalnız elektron kənd təsərrüfatı sistemi vasitəsilə əldə edə bilsin".

Ən sərfəli kredit üçün müraciət et

Nazir müavini həmçinin əlavə edib ki, aqrotexniki tədbirin həyata keçirilməsi üçün fermerə hər hansı məbləğ düşəcəksə, bu məbləğin bir miqdarı əvvəlcədən onun kartına yatırılacaq ki, fermer subsidiyanı alana qədər aqrotexniki tədbirlərini vaxtında icra edə bilsin.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et