"Fed faiz məsələsində səbirli olmaq qabiliyyətinə malikdir" | Banco.az

"Fed faiz məsələsində səbirli olmaq qabiliyyətinə malikdir"

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel, Vaşinqton DC İqtisadiyyat Klubunda etdiyi çıxışında, "Fed faiz nisbətləri məsələsində səbirli olmaq qabiliyyətinə malikdir" deyib.

Pauel qeyd edib ki, iqtisadiyyatı səbirlə və diqqətlicə izləyirlər. 

"Fed-in balansını kiçiltməsi lazımdır. Əmək bazarı bir çox istiqamətdən olduqca güclüdür. Maliyyə bazarları  aşağı istiqamətli risklər barədə narahatlıqlarını dilə gətirirlər",- Pauel deyib.

Cerom Pauel, "2018-ci il ABŞ iqtisadiyyatı üçün çox yaxşı idi. Yüksək durğunluq riskinə dair heç bir şey görmürəm" şəklində danışıb.

ABŞ Prezidenti Donald Trampdan bu ana qədər bir görüşmək dəvəti almadığını, belə bir dəvət gələrsə imtinanın uyğun olmayacağını, keçmişdə Fed sədrlərinin ABŞ  prezidentəri ilə görüşdüyünü qeyd edib.

Artan gömrük tariflərinin ABŞ iqtisadiyyatında gözlə görülən bir iz buraxmadığnı qeyd edən Pauel, "Əgər ticari anlaşılmazlıqlar daha aşağı tariflərə gətirib çıxaracaqsa bu yaxşı bir vəziyyətdir. Ən böyük narahatlığım qlobal iqtisadi artımdadır. Çinin yavaşlayan iqtisadiyyatını izləyirəm və bu vəziyyət narahatlıq yaradır. Brexit-dən qaynaqlanacaq bir maliyyə pisləşməsi gözləmirəm",- deyib..

Pauel, "İnflyasiyanın 2% ətrafında olmasını gözləyirəm. Balansı daha normal bir səviyyəyə çevirmək istəyirik",- əlavə edib.

Fed sədri Federal hökumətin bir müddət bağlı qalmasının ABŞ iqtisadiyyatına çox təsir etmədiyini qeyd edib. 

Marja

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç