FED Bitcoin ilə bağlı xəbərdarlıq etdi | Banco.az

FED Bitcoin ilə bağlı xəbərdarlıq etdi

2017-ci ildən bu yana FED-in (ABŞ Mərkəz Bankı) Atlanta şöbəsi idarəçiliyi vəzifəsini icra edən Rafael Bostik çərşənbə axşamı kriptovalyutalarla bağlı açıqlama verib.

Qatıldığı “Hope Global Forum” illik konfransında sahibkarlıq və maliyyə iştirakını təşviq etməkləö bağlı çıxış edən Bostik verilən sualla bağlı Bitcoin və kriptovalyutalar mövzusuna toxunub.

Kriptovalyuta və Bitcoin-ə investisiya etməyi düşünənlərə, “əsla etməyin!” deyərək xəbərdarlıq edib. Bostik mövzuyla əlaqədar bunları bildirib:

“Bu cür bazarlar spekulyativdir. Kriptoqrafik dəyərlər pul kimi qəbul edilə bilməz. Buna görə də risk təhlükəsi olan pulları bu bazarlara qoymayın”.

Bu bəyanat rəhbərin şəxsi fikirlərini əks etdirir. Ancaq son dövrlərdə FED səlahiyyətlilərindən gələn şərhlərin çoxu kriptovalyutaların valyuta kimi deyil, əmtəə olaraq dəyərləndirilməsi istiqamətində olub.

Bununla yanaşı, FED Minneapolis şöbəsinin rəhbəri Nil Kaşkari dekabrda verdiyi açıqlamada Blockchain-in Bitcoin-dən daha maraqlı layihə olduğunu qeyd etmişdi. Həmçinin, Çikaqo şöbəsinin rəhbəri bu sərmayələri köpək balıqlarıyla dolu okeanda üzməyə bənzədərək daşıdığı risklərə və anonimliyinə diqqət yetirib. Nyu-York şöbəsinin rəhbəri isə hazırladığı hesabatda kriptovalyutaların etibarsız ödənişlərə həll yolu gətirə biləcəyini söyləyib. O, “Kripto ekosistemi ödənişlərdəki etibarsızlıq problemini həll edə bilər. Bu problem ABŞ daxil olmaqla, bütün inkişaf etmiş iqtisadiyyatların həll etmək məcburiyyətində olduğu bir problemdir”, – deyə bildirib.

FED-in keçmiş rəhbəri Yanet Yellen də Bitcoin-in spekulyativ bir varlıq olduğunu və ödənişlər sistemində çox kiçik bir rolu olduğunu ifadə edib.

Son olaraq FED rəsmilərindən verilən fərqli şərhlərə bir dəqiqlik qazandırmaq üçün FED rəhbəri rəsmi açıqlama verib. Jerom Povell “Qurumumuz nə əvvəl, nə də indi Bitcoin-ə qarşı olmayıb. Təşkilatımızın alternativ valyutalara dəstəkləyici və ya maneə yaradıcı mövqeyi yoxdur”, – deyə vurğulayıb.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et