FED: ABŞ bankları ən güclü böhrana belə tab gətirəcək | Banco.az

FED: ABŞ bankları ən güclü böhrana belə tab gətirəcək

ABŞ-da fəaliyyət göstərən iri banklar güclü kapitallaşmaya sahibdir və ən sərt böhran şəraitində belə kreditləşməni davam etdirmək iqtidarındadır. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) açıqladığı stress-testlərin nəticələrində qeyd edilib.

Bu il FED 34 (ötən il 33) bankda yoxlama aparıb. Bu il siyahıya "CIT Group" əlavə olunub.

Tənzimləyicinin "olduqca qeyri-qənaətbəxş" adlandırdığı ssenariyə əsasən, bankların məcmu zərəri 383 mlrd. dollar təşkil edir. Həmin ssenariyə əsasən, işsizliyin səviyyəsi 10% təşkil edir, daşınmaz əmlak bazarı isə 35% geriləyir.

Ən sərfəli kredit üçün müraciət et

FED bəyan edir ki, banklar 2008-ci ildə müşahidə olunan maliyyə böhranına bənzər vəziyyətə hazırdır və olduqca güclü "təhlükəsizlik yastığı"na malikdirlər.

Xatırladaq ki, ötən il "Deutsche Bank" və "Banco Santander" banklarından başqa digər maliyyə təşkilatları stress-testlərdən uğurla keçib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et