Facebook səhifəsi üçün 4 pulsuz vasitə | Banco.az

Facebook səhifəsi üçün 4 pulsuz vasitə

Xarici ödənişlərə 18%-lik ƏDV-dən sonra bir çox suallar gəldi mənə “bundan sonra necə edəcəyik” və s. tipli. Hər kəs fərqli yollar axtarışına başlayıb artıq, tapanlar da var :)
Bu günkü yazıda Facebookda reklamlarınızda və səhifə idarəetmənizdə sizə kömək edəcək bir neçə pulsuz sayt barəsində məlumat verəcəm. Həm reklam nəticələrinizi yoxlamaq həm də səhifə idarəetməniz zamanı bu saytlar sizə çox kömək edəcək. Facebooku seçmə səbəbim isə ölkəmizdə bu şəbəkədən daha çox istifadə və reklam olunmasıdır.

Adespresso – Bu sayt vasitəsilə Facebookdakı reklam kampaniyalarınızı analiz edə, digər reklamlarınızla müqayisə edə və dolayısıla nələri işə yarayıb-yaramadığını mailinizə hesabat şəklində istəyə bilərsiz. Bununla da,harda səhv etdiyinizi və nələri düzəltməniz lazım olduğunu öyrənə bilərsiz.

adespresso

LikeAlyzer – Buradan siz səhifənizi “yoxlamadan” keçirdərək bəyənmə potensialını öyrənə bilərsiz. Postlarınızı incələyərək sizə təqdim olunan hesabatda hətta sizə bir neçə faydalı məsləhətlər də verirlər.

Ən sərfəli kredit üçün müraciət et

likealyzer

Canva   – Xüsusilə Photoshop proqramında işləyə bilməyənlər üçün ideal vasitələrdən biri. Buradan siz postlarınız üçün bir birindən maraqlı fotolar hazırlaya bilərsiniz.

canva

AgoraPulse – Vasitəsilə siz Facebookdan yarışmalar hazırlaya bilərsiniz. Buradan həm sorğu həm də foto müsabiqə hazırlaya bilərsiniz. Həmçinin yarışda iştirak edənlər arasında təsadüfü qalib də seçə bilərsiniz.

AgoraPulse

Müəllif: Samir Mehdi

Məqalənin orijinal variantına buradan baxa bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et