“Facebook“ onluqdakı yerini itirdi | Banco.az

“Facebook“ onluqdakı yerini itirdi

“Interbrand” konsaltinq şirkəti ən böyük qlobal brendlərin bu ilki reytinqini açıqlayıb. Bu, sayca iyirminci belə siyahıdır. Ən qiymətli brend “Apple” (234,2 milyard $) hesab olunur.

İlk üçlükdə heç bir dəyişiklik yoxdur. İkinci yerdə “Google” (167,7 milyard $), üçüncü yerdə “Amazon” (125,2 milyard $) qərarlaşıb. Brendlərin ilk beşliyi tamamilə amerikan şirkətlərindən ibarətdir. Belə ki, növbəti yerlərdə “Microsoft” (108 milyard $) və “Coca Cola” (63,3 milyard $) dayanır.

Həmçinin oxu: Gələcəkdə Windows Əməliyyat Sistemi sıradan çıxa bilər

 

“Top-100”dəki şirkət brendlərinin ümumi dəyəri keçən ilki ilə müqayisədə 5,7% artaraq 2,13 trilyon dollar olub. “Mastercard” (25%), “Amazon” (24%), “Salesforce“ (24%) ən sürətlə inkişaf edən markalar siyahısına düşüb. 2019-cu ildə artım tempini “Gucci” (23%), “Starbucks” (23%), “Adobe” (20%) da yüksəldə bilib.

Həmçinin oxu: “Amazon” işdən çıxmaq istəyən əməkdaşlara 5000 dollar verir

Ən sərfəli kredit üçün müraciət et

 

Reytinqi tərtib edənlər qeyd edirlər ki, son ildə artım internet vasitəsilə media məzmununun hazırlanıb yayılması ilə bağlıdır. Bunlar elə siyahının liderləri: “Google” və “Amazon”dur, həmçinin video istehsalçısı “Disney”dir (+10%).

Texnologiya ilə məşğul olan şirkətlərin dəyəri isə düşür. “Facebook” artıq onluqda deyil, 14-cü yerdə qərarlaşıb. İki il əvvəl şirkət artım tempinə görə liderə çevrilmişdi, lakin 2019-cu ildə 12%, yəni 39,9 milyard dollarlıq azalma nümayiş etdirir.

“IBM” və “Intel”in də maliyyə göstəriciləri mənfidir.

Reytinq cədvəlinə yeni daxil olanlar: “Uber” (5,714 milyardla 87-ci yer), “LinkedIn” (4,836 milyardla 98-ci yer) və bir neçə illik fasilədən sonra yenidən siyahıya düşməyi bacaran “Dell” (9,086 milyardla 63-cü yer) şirkətləridir.

Həmçinin oxu: Soft Bank-ın Uber və WeWork-a qoyulmuş investisiyalardan gördüyü zərər 5 milyard dolları keçə bilər

 

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et