“Facebook” haqqında əsas və maraqlı faktlar | Banco.az

“Facebook” haqqında əsas və maraqlı faktlar

2004-cü ildə fəaliyyətə başlayan və virtual ünsiyyət imkanları haqda təsəvvürümüzdə sıçrayışa səbəb olan Facebook daha çox insan reallığına inteqrasiya edir. Facebook-un hər gün sürətlə artan populyarlığı şəbəkə istifadəçilərinin sayının 100 milyonlarla ölçülməsinə gətirib çıxarmışdır.

Əsas faktlar:
- Facebook-da 1 milyarddan çox insan qeydiyyatdan keçib. 

- Bütün istifadəçilərin orta hesabla 50%-i sayta hər gün daxil olur. 

- Hazırda şəbəkə istifadəçiləri arasında ən sürətlə artan yaş qrupu 35-dən başlayır və yaşlı nəslin nümayəndələri gənclərə qoşulur. 

- Hər gün 35 milyondan çox istifadəçi statusunu yeniləyir (Nə haqda düşünürsən?). 

- Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir.

- İstifadəçilər “Paylaş” düyməsinin köməyilə həftə ərzində bir-birilə 3,5 milyarddan çox kontent (istinadlar, şəkillər, videolar, qeydlər və s.) bölüşürlər. 

- Facebook-da hər ay 3,5 milyondan çox tədbir təşkil olunur. 

- Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur. 

Maraqlı faktlar:
- 70%-dən çox istifadəçi saytın bu və ya digər proqramından istifadə edir. 

- 65 milyondan çox istifadəçi Facebook-dan mobil telefon vasitəsilə istifadə edir. Üstəlik, onlar şəbəkənin kompüter istifadəçilərindən 50% daha aktivdirlər. 

- ABŞ psixoloqları yeni “Facebook-asılılıq” (FAD) adlı diaqnoz haqqında məlumat veriblər. 

- Facebook-un yaradıcısı Mark Zukerberq dünyanın ən gənc milyarderi hesab olunur. 

- 2009-cu ilin sentyabrında Mark Zukerberq ilk dəfə “Facebook”un xərclədiyindən daha çox pul qazandığını elan edib. 

- Floridada məhkəmə etikasının Məsləhətçi komitəsi bu ştatın hakimləri və vəkillərinə Facebook-da dost olmağı qadağan edib. 

- Suriya, Çin və İran Facebook-dan istifadəni qadağan edən ölkələrdir. 

- Bu yaxınlarda Amerikanın ən iri kolleclərində aparılan sorğular aşkar edib ki, qəbul komissiyasının 10%-i abituriyentlərin qiymətləndirilməsi üçün Facebook-da onların profillərinə baxırlar. 

- Rusiyanın investisiya şirkəti olan “Digital Sky Technologies” Facebook-a 200 milyon dollar həcmində sərmayə qoyub. Ötən il “Goldman Sachs” və “DST” bankları birləşərək sosial şəbəkənin inkişafına daha 500 milyon dollar sərmayə yatırıblar. 

- Facebook-a sərmayə qoyan ilk insanlardan biri PayPal-un yaradıcısı Piter Til olmuşdur. O, 2004-cü ilin iyun ayında Facebook layihəsinə 500 000 dollar pul ayırmışdır. 

- Kanadada IBM-in 20 yaşlı əməkdaşı sığorta şirkətindən xəstəliyinə görə maddi yardım ala bilməmişdi. Çünki şirkət onun xəstəlik məzuniyyətində olduğu dövrdə Facebook səhifəsində yerləşdirdiyi pozitiv şəklinə rast gəlmişdi. Həmin əməkdaşın xəstəliyi isə depressiya idi. 

- Avstraliyada ittihamçını məhkəmə bildirişi haqqında xəbərdar etmək üçün Facebook-dan istifadə protokulu fəaliyyət göstərir. İstifadəçinin səhifəsində yerləşdirilmiş “məhkəməyə çağırış vərəqəsi” hüquqi cəhətdən məcburi hesab olunur. 


- “Facebook” üçün proqramların hazırlanmasında 800 000 layihəçi iştirak edir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et