Facebook ən lazımlı funksiyasını yığışdırır | Banco.az

Facebook ən lazımlı funksiyasını yığışdırır

Facebook-un mobil platformalarda edəcəyi yeni dəyişiklik çox istifadəçini hirsləndirəcək. Facebook istifadəçilərin ən çox istifadə etdiyi xüsusi mesajlaşma xüsusiyyətini Facebook tətbiqindən yığışdırmağı planlaşdırır. İstifadəçilər onun əvəzinə artıq Facebook Messenger tətbiqini yükləmək məcburiyyətində qalacaq. Bu tətbiqi istifadə etməyənlər isə mesajlaşma funksiyasından faydalana bilməyəcək. Facebook-un web dizaynında bu barədə bir dəyişiklik edilmədiyi halda, Android, Windows Phone və iOS platformalarında tezliklə bu dəyişikliyin həyata keçəcəyi düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

Facebook bu addımla Facebook Messenger istifadəsini artırmağı və xüsusi mesaj xüsusiyyətini ayrıca olaraq təqdim etməyi düşünür.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et