Facebook 5 milyard dollar cərimələndi | Banco.az

Facebook 5 milyard dollar cərimələndi

ABŞ Federal Ticarət Komissiyası (FTC) sosial media şirkəti Facebook-u 5 milyard dollar cərimələyib.

"The Wall Street Journal"ın xəbərinə görə, FTC, Facebook-u şəxsi məlumatları icazəsiz və qanunsuz istifadə etdiyinə görə cərimələyib. 5 milyard dollar cərimə keçən il başlanmış  istintaqın nəticəsində tətbiq edilib.

Cərimənin  2-yə qarşı 3 səslə qəbul edildiyi bildirilib. Qərarın dəqiqləşməsi üçün Ədliyyə Nazirliyinin də razılığının lazım olduğu qeyd edilib. 

Facebook-dan məsələ ilə bağlı hər hansı açıqlama verilməyib. 

Bu cərimənin, 2012-ci ildə Google-a kəsilən 22 milyon dolları cəriməni geridə qoyduğu və bir texnologiya şirkətinə verilən ən yüksək cərimə olduğu qeyd edilib. 

Keçən il 56 milyard dollar gəlir əldə edən Facebook-un, bu il də 69 milyard dollar ətrafında bir gəlirə çatacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

 

"CAMBRİDGE ANALYTİCA"  QALMAQALI

Günümüzdə ən çox müzakirə edilən məsələlərdən biri olan "informasiya təhlükəsizliyi" məsələsi keçən il  "Cambridge Analytica" qalmaqalı ilə yenidən gündəmə gəlmişdi. Kembric Universitetində elmi işçisi Aleksandr Kogan, Facebook vasitəsilə fəaliyyət göstərən "this is your digital life" adlı şəxsiyyət testi proqramı vasitəsilə 87 milyon insanın məlumatlarını toplamış, bu məlumatları 2016-ci ildə siyasi müşavirlik məqsədilə fəaliyyət göstərən "Cambridge Analytica" şirkətinə satmışdı. Böyük Britaniyanın  "Channel 4" televiziya kanalının aşkara çıxardığı qalmaqalda "Cambridge Analytica" şirkəti, əldə etdiyi məlumatları 2016-cı ildə  ABŞ-da seçkiləri  Donald Trampın qazanması üçün istifadə etmişdi. Hadisənin ortaya çıxmasının ardından Facebook-un rəhbəri Mark Zuckerberg Amerika Senatında ifadə vermişdi. Böyük data böhranı ilə birlikdə xüsusilə texnologiya şirkətləri Avropa və Amerikada data siyasətlərini yenidən nəzərdən keçirmək məcburiyyətində qalmışdı.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et