«Expresso Salary» istifadəçilərinin sayı artıb | Banco.az

«Expresso Salary» istifadəçilərinin sayı artıb

Hüquqi şəxslər üçün xidmət sahələrini davamlı olaraq artıran, Azərbaycanın aparıcı banklarından biri olan "Expressbank"ın əmək haqqı layihəsi “Expesso salary” istifadəçilərinin sayı son bir ildə 50% artıb.

2017 – ci ilin yanvar ayından başlayan bu layihə bankın korporativ müştərilərin əmək haqqı ödənişlərinin daha da təkmilləşdirilməsinə və rahat reallaşdırılmasına xidmət edir.  

“Expresso Salary” özündə bir çox imkanları birləşdirən hüquqi şəxslərin və sahibkarların işçi heyətinə təqdim edilən əmək haqqı kartıdır. Kartın özündə birləşdirdiyi üstünlüklər onu bazarda oxşar layihələrdən fərqləndirir:

 

- Ölkənin bütün ATM-lərində komissiyasız nağdlaşdırma imkanı;

- Kartdakı qalıq məbləğə illik 3% gəlir;

- Kartla ödəniş zamanı məbləğin 30%-dək hissəsinin karta geri qaytarılması (cashback üstünlüyü);

Ən sərfəli kredit üçün müraciət et

- Əmək haqqının 50%-i həcmində avans kreditin alınması imkanı;

- Maaşın köçürülməsi haqqında pulsuz sms məlumatlandırma;

- 3D secure təhlükəsizlik imkanı;

 

Həmçinin “Expresso Salary” -ni əldə edən korporativ müştərilərə əməkdaşlarının sayından və dövriyyəsindən asılı olaraq individual xidmət paketləri təklif oluna bilər. “Expresso Salary” əmək haqqı layihəsi barəsində daha ətraflı məlumatı növbəti linkə keçid alaraq əldə etmək mümkündür:  https://bit.ly/2vpOcNP

Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et