Expressbank həm 17 mart tarixində, həm də bayram günlərində xidmətinizdə! | Banco.az

Expressbank həm 17 mart tarixində, həm də bayram günlərində xidmətinizdə!

Daim müştərilərini düşünən Expressbank, “Asan Kreditlərə 8% endirim” kampaniyasına böyük marağı və filiallara axını nəzərə alaraq, Bayram günlərində də Sizlərə xidmət göstərəcək. Belə ki, müştərilər, 17, 23, 24 və 26 mart tarixlərində saat 10:00-dan 15:00-dək Expressbank-ın Əhmədli, Nəsimi, Gəncə və Sumqayıt filiallarında aşağıda qeyd edilən bank xidmətlərindən faydalana biləcəklər:

-Asan kreditin verilməsi

-Expresso kartın sifarişi

-Smilecard-ın verilməsi

-Təcili pul köçürülməsi və alınması

-Depozit qəbulu

-Kart sifarişi və təhvili

-Valyuta mübadiləsi

-Hesaba mədaxil/məxaric

-Hesabın açılması və bağlanması.

 

Bundan əlavə olaraq Exspressbank-ın Əhmədli filialı hər gün saat 10:00-dan 18:00-dək, Nəsimi filialı isə 24/7 rejimində Sizlərə aşağıdaki xidmətləri göstərəcək:

Ən sərfəli kredit üçün müraciət et

  • Valyuta mübadiləsi;
  • Təcili pul köçürməsi üzrə pulun göndərilməsi;
  • Fiziki şəxslərin hesablarının möhkəmləndirilməsi (cari, plastik kart, depozit hesabları);
  • Kredit üzrə ödənişlər;
  • Kommunal və digər ödənişlər.

Qeyd edək ki, Expressbank-da nağd pul kreditlərinə 8% endirim kampaniyası mart ayının 31-dək davam edir. Kampaniya çərçivəsində Siz də bankın filialına yaxınlaşmaqla və ya bankın rəsmi saytından onlayn qaydada sifariş etməklə sərfəli şərtlərlə 15000 manatadək “Asan kredit”i illik cəmi 20%-lə  əldə edə bilərsiniz. Bankın bayram günlərində də xidmətinizdə olması bu kreditlərin əldə edilməsi üçün gözəl bir fürsətdir.

 “Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank)  daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et