EVİNİZİ SIĞORTA EDƏRKƏN DİQQƏT ETMƏLİ 10 MƏQAM | Banco.az

EVİNİZİ SIĞORTA EDƏRKƏN DİQQƏT ETMƏLİ 10 MƏQAM

Dünyada çox insan var ki, onlar ümumiyyətlə sığorta haqqında çox şey bilmir. Ev almağa gəldikdə isə, onlar dekorasiyanı seçməkdə, mebelləri yerləşdirməkdə, hətta həyətdəki qazonun belə yaxşı olması üçün istəkli olurlar. Ona görə də, ev sahibləri üçün sığorta seçimi ideyası çaşqınlıq yaradır.

Əgər sizdə bu cərgədəsinizsə, bizimlə qalın. Çünki bu gün biz, ev sahibləri üçün sığorta prosesini başa salacaq 10 əsas məsələdən danışacayıq, bu o məsələlərdir ki, müqavilə imzalamamışdan öncə sizin qərarlarınıza təsiri olacaq.

Bəs ev sahibləri sığortası nədir?

İngilislər buna homeowners insurance deyir. Ümumyyətlə bu elə bir sığorta növüdür ki, fəlakətlər, soyğunçuluq və digər zərərverici hadisələrə qarşı evinizə maliyyə yardımı təmin edir, evinizdəki əşyaları da həmçinin qoruyur, düzdür bəzi özəl və bahalı əşyaların məxsusi sığorta – mülk sığortasına ehtiyacı ola bilər. Ev sahibləri sığortası isə hətta sizin ev heyvalarınızın evə vurduğu zərəri qarşılaya bilər.

Aşağıdakı məlumatlar sizə hansı növ sığorta polisinin lazım olduğunu öyrənməyə kömək edəcək.

Müxtəlif zərərlər, müxtəlif siğorta polisiləri

1) Ev sahibləri sığortası əslində bir çox fəlakətlərin səbəb olduğu zərərləri qarşılayır, amma burada bəzi istisnalar da vardır, məsələn evə qarşı diqqətsizlik – yəni evi yaxşı vəziyyətdə saxlamamaq səbəbindən dəyən ziyan, sel, daşqın və zəlzələlər kimi. Bu kimi fövqəladə halları, təbii fəlakətləri də qarşılayacaq sığorta seçməyiniz tövsiyə olunur, Belə təbii fəlakətlər zamanı əlbətdə ki, sizə dəymiş zərərin bərpası üçün alternativ formalar lazım olacaq.

Baş verəcək evə qarşı diqqətsizlik, zəif qulluq və ya etinasızlıq kimi hallar, sizin şəxsi probleminizdir. Çox zaman sığorta hadisəsi sizin səhviniz ucbatından baş verəndə sığorta növü onu qarşılamır, amma bunu da öncədən aydınlaşdırmaq lazımdır.

Image result for mortgage insurance

Şəxsi əşyaların əhatəsi

2) Bura normal olaraq, mebel, paltarlar, məişət əşyaları, elektronika və idman avadanlıqları daxildir.  Bu sığorta polisi yanğından, oğruluqdan və digər təhlükəli zərərlərdan həmin əşyaları qorumağı təklif edir.

Bahalı əşyalar, zərgərlik və ya antik məhsulların qorunması üçün müəyyən limitlər mövcud olur. Ona görə də ki, əşyalarınızı qiymətləndirin və onların xususi müdafiəyə ehtiyacı olub-olmadığından əmin olmağa çalışın.

Azacıq seçicilik

3) Özünüzü çox yüklənmiş hiss etdiyiniz zaman, qarşınıza çıxan ilk sığorta şirkəti ilə razılığa gəlmək çox asandır. Lakin seçim prosesinin əvvəlində siz minumum 3 sığorta şirkəti ilə əlaqə qurmalısınız. Onların təklif etdiyi faiz dərəcələri və təzminat dəyəri ilə müqayisə edib, ödəməli olduğunuz sığorta haqqının miqdarında qənaət edə bilərsiniz, hər ay az  miqdarda qədər qənaət etdiyiniz vəsait üst-üstə toplanaraq müəyyən  dövrdən sonra yığıma çevrilə bilər.

Sığorta əhatə dairəsi haqqında suallar soruşun

4 )  Hər şey sənəd üzərində öz qəti əksini tapmamışdan öncə, təzminat məbləği ilə bağlı sualları soruşduğunuzdan əmin olun. Utanmayın,  kompensasiya dəyəri ilə bağlı kifayət qədər əmin olacağınız, sizə lazım olan bütün məlumatları əldə edin.  Müqaviləni imzalamamışdan əvvəl,  evdən kənarda olan əşyalarınızı sığorta polisinin əhatə edib-etməyəciyini və mülkləriniz barədə sizə nə qədər maliyyə vəsaiti ödəniləcəyini öyrənin.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta polisinin detallarını başa düşün

5) Sığorta polisi üzərinə göz yaşı tökmək heç kimə əyləncəli gəlməz. Ona görə də müqaviləni imzalamamışdan əvvəl, onu yaxşı başa düşdüyünüzə əmin olun.

Məsələn franşiza nə qədərdir? Hansı məbləğə qədər dəymiş ziyanı sığorta şirkəti deyil siz qarşılamalı olursunuz? Hansı öhdəlikləri sığorta şirkəti öz üzərinə götürmür? Bu sizə sərf edirmi?

Sığorta polisini başa düşmək üçün ağlınızdakı bütün suallara cavab tapın, bundan sonra isə müqaviləni imzalaya bilərsiniz.

Ödənişlərinzi kart vasitəsi ilə edin

6) Sığorta ödənişlərini kart vasitəsi ilə etdikdə (ipoteka ödənişlərində olduğu kimi) müəyyən bonuslar və ballar qazanmaq imkanınız olur. Sonra həmin ballar vasitəsi ilə digər hədiyyələr əldə edə bilərsiniz. Həmçinin bəzi kartlarda cash back vasitəsi ilə etdiyiniz ödənişlərin bir qismi karta geri qayıdır.

Image result for mortgage

Əlavə xidmətlər haqqında soruşun

7) Sığortaçılar çox vaxt sizə əlavə xidmətlər təklif edəcəkdir, bunlardan yararlanın. Məsələn, evinizdə siqnalizasiyanın olması  oğurluq riskini azaldacaq. Müxtəlif “ağıllı cihazlar” həm evinin təhlükəsizliyini artırır, həm də sizə gələcəkdə ödədiyiniz sığorta haqqlarının miqdarında qənaət etmək imkanı verir.

Sığorta polisinini təkrarən yoxlayın

8) Siz tövsiyyə etdiyimiz məsləhətləri oxudunuz, sığorta polisinini başa düşdüyünüzə əminsiniz. Əhsən! Lakin sizə hər şeyin yerində olduğunudan əmin olmaq lazımdır.  Səhvlərin olmaması və sizin məsuliyyətlərinizin sığorta polisində dəqiq bir şəkildə təsvir edildiyindən əmin olmaq üçün onu bir daha yoxlayın.  Unutmayın, sığorta polisi hüquqi bir sənəddir və buradakı bütün detallar önəmlidir.

Doğru məkanda doğru şirkət

9) Sığorta çoxlu pulun cəlb olunduğu sektordur. Sığorta haqqını toplamağa gəldikdə bunu bor çox şirkətlər edir. Amma zaman gələndə, eviniz güclü təmirə ehtiyacı olanda sığorta şirkəti sizi lazımı vəsait (və ya təmir şirkəti, keyfiyyətli personal) ilə təmin etməyi bacarmalıdır. Şirkəti seçərkən sığorta haqqı barədə deyil, evinizə bir hadisə baş verdikdə bunun altından qalxmağı bacaracaq bir şirkət seçmək haqqında düşünün.

Dostlarınızdan və ya ailəlinizin hər hansı bir üzvündən bu işlə məşğul olan biri varsa onların təcrübəsindən yaralanın. Amma təkcə onların sözlərini yox, öz araşdırmalarınızı da gözdən keçirin.

Ucuz ətin şorbası olmur

10) Əgər şirkət sizə aşağı sığorta haqqı təiqn edirsə, səbəbini öyrənin. Ola bilsiniz siz şanslı müştərisiniz  və ya da daha təhlükəsiz regionda yaşayırsınız.Lakin çox vaxt, siz nə ödəmisinizsə onun qarşılığını alırsınız. Aşağı sığorta haqqı, təzminat dəyərinin də aşağı olması deməkdir.. Əlbətdə ki, daha az ödənişləriniz olduğu zaman, evinizin təmiri üçün cibinizdən pul çıxa bilər.

Əslində evini sığortalayıb, hər ay müəyyən miqdarda ödəniş etmək sizə ürküdücü və ya lazımsız gələ bilər, lakin bu barədə məlumatınızı genişləndirsəz o qədər də pis olmadığını görəcəksiniz.  

Yuxarıdakıları unutmayın, sizə sığorta şirkətini və müqaviləsini seçən zaman lazım olacaq. 

Ən sərfəli krediti almaq üçün müraciət et