Ethereum ilə bağlı vacib yenilik | Banco.az

Ethereum ilə bağlı vacib yenilik

Vitalik Baterin Ethereum şəbəkəsinin ən vacib problemlərindən birinin həll edilməsi istiqamətində zəmin yarada biləcək yeni bir təklif hazırlayıb. Təklif Ethereum-un yaradıla biləcək miqdarı ilə bağlı limit qoyulmasını ehtiva edir.

Baterin şəbəkənin kriptovalyuta vahidi olan Ethereum-un maksimum qaynağının 120,204,432 və ya 2014-cü ildəki proqram dəyişikliyində edilən orijinal satış miqdarının 2 qatı olaraq təyin olunacağını bildirib.

Baterin ilk dəfə platformanın pul siyasətini həqiqətən ələ aldığını bildirərək Ethereum-un investisiya fürsətlərindən potensial olaraq şübhələnən investorların şərhləri də daxil olmaqla, aydınlaşdırma xarakterli məlumat verib.

Bitcoin protokolunun qaydalarına əsasən, 21 milyondan çox Bitcoin yaradılmasa da, Ethereum-un daha açıq bir siyasəti var. Hər il 18 milyona qədər Ethereum çıxarıla bilər.

Baterin Ethereum-un yaratdığı yeni bir alqoritmə keçdikdən sonra iqtisadi davamlılığını nəzərdən keçirməyə çalışır. Ethereum “poof-of-work” modelindən imtina edib “Casper” adlı Bitcoin qaynaqlı alternativ “proof-of-stake” modelinə keçmək istəyir.

Məlumata görə, Baterin 120 milyon Ethereum-un çıxarılmasına qədər heç bir siyasi dəyişikliyin olmayacağını proqnozlaşdırır. Ancaq 120 milyondan 140 milyona qədər alternativ sərhəd seçilməsini təklif edib.

Açıqlamalara baxmayaraq, Ethereum tərtibatçıları və istifadəçiləri dəyişikliyə müsbət yanaşmalıdır. Əgər yeni tətbiq reallaşarsa, növbəti mərhələnin başlanğıcı ola bilər.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et