Ethereum-dakı enişin əsas səbəbi nədir? | Banco.az

Ethereum-dakı enişin əsas səbəbi nədir?

Ethereum-un işləri heç də yolunda getmir. Əməliyyat həcminə görə Bitcoin-dən sonra ikinci ən böyük kriptovalyuta olan Ethereum hazırda 10% enişlə 517 dollara əməliyyat görür.

Ethereum-dakı bu enişin səbəbi bəzi orqanlara görə, EOS-un yaratdığı Ethereum satış prosesidir.

Ayın əvvəlində yayılan xəbərlərə görə, EOS bir ayda əxminən 950 milyon dollarlıq Ethereum satmışdı. Həmçinin, ötən gün bir saat ərzində “Bitfinex” birjasında 180 min ETH satılıb. Bəzi təşkilatlar yenə bunun EOS ilə əlaqələndirir. Şirkətin 4 gün əvvəl 1 milyon dollar dəyərində Ethereum xərclədiyi bildirilir. Bu gün sözügedən rəqəmin 1.4 milyon olduğu da vurğulanır.

“Etherscan”-da “EOSCrowdsale” adlı cüzdanda hələ də 200 min ETH olduğu bildirilir. “EOS-Owner” adlı cüzdanda isə təxminən 916 min ETH var. Bu göstəricilər EOS-un əlində 1.1 milyon ETH olduğunu sübut edir. “CoinMarketCap”-in məlumatlarına görə, dünən “Bitfinex”-də 238 milyon dollarlıq ETH satılıb. Bu rəqəm “OKEx”-də 104 milyon, “Huobi”-də isə 98 milyon dollara bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, yeni “mainnet” açılışını iyunun 2-də reallaşdıracaq EOS hazırda 6%-lik enişlə 11,72 dollara əməliyyat görür.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et