"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb | Banco.az

"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Əsrin müqaviləsi”nə həsr olunmuş poçt markalarını tədavülə buraxıb.

Buraxılış 11 növ 20 ədəd (4x5) poçt markasından ibarət poçt vərəqi şəklində hazırlanıb. Vərəqin ölçüsü 165x185 mm, markaların ölçüsü 40x28 millimetrdir. Sıra nömrələri 1, 3, 6, 8, 9, 11, 14, 16, 17 və 19 olan markaların dizaynı eynidir. Həmin markalarda simvolik olaraq “əl tutub görüşən”, formaca 25 rəqəmini xatırladan neft boruları təsvir olunub. Digər markaların üzərindəki təsvirlər aşağıdakı qaydadadır: 

№2. “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin loqotipi;

№4. “Çıraq” platforması;

№5. “Mərkəzi Azəri” platforması;

№7. Səngəçal terminalı;

Ən sərfəli kredit üçün müraciət et

№10. “Şərqi Azəri” platforması;

№12. “Qərbi Çıraq” platforması;

№13. “Dərinsulu Günəşli” platforması;

№15. “Qərbi Azəri” platforması;

№18. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri;

№20. Ceyhan terminalı.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovun dizayn etdiyi poçt vərəqi 20 000 tirajla Belarusun Bobruysk şəhərində çap olunub. Həmçinin, xüsusi xatirə möhürü və 5 500 ədəd Birinci gün zərfləri də hazırlanıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et