ERKƏN OYANMAĞIN FAYDALARI. ERKƏN OYANDIĞINIZ ZAMAN NƏLƏR ETMƏLİSİNİZ? | Banco.az

ERKƏN OYANMAĞIN FAYDALARI. ERKƏN OYANDIĞINIZ ZAMAN NƏLƏR ETMƏLİSİNİZ?

Margaret Thatcher'in  maksimum 4 saat yatdığı yəqin hamıya məlumdur. Bu əslində yaxşı bir xüsusiyyət olsa da,bəzi tənqidçilər onun növbəti illərdəki  emosional çıxışlarını yuxu çatışmazlığı ilə əlaqələndirirdilər.

Bəzi alimlər belə fikirləşirlər ki, yuxu beynin yorulması nəticəsində yaranır.  Gün ərzində düşündüyümüz bir çox fikirlər beyni oyaq saxlayır və bunun nəticəsində beyin yorularaq yuxu əmələ gəlir.

Liderlərin çoxunun həyatına nəzər salsaq onların əksəriyyətinin oxşar cəhəti erkən qalxmalarıdır. Helena Morrisey-NEWTON INVESTMENT 'in icraçı direktoru  saat  00:05'də oyanır. Vittorio Colao-VODAFONE  icraçı direktoru saat 00:06'da oyanır. Tim Armstrong-AOL baş direktoru saat 00:05'də oyanır. O, bunu onunla izah edir ki, "Həyat yataraq keçirmək üçün çox həyəcanvericidir. "

Erkən qalxmaq və daha uğurlu işlər görmək birbiri ilə çox bağlıdır. Belə ki, böyük işlər sizi daha erkən qalxmağa vadar edəcək və işlərinizi daha da yaxşılaşdırdıqca erkən qalxmaq sizin üçün daha həyəcanverici olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Liderlərin günlük həyatlarında bir çox insanı maraqlandıran esas cəhətlərdən biri  onların erkən saatlarda qalxıb nə etmələridir. Hər halda saat 00:05'də oyanıb email göndərmirlər. Bəzilər idmanla məşqul olur, bəziləri isə vaxtlarını düşünməyə sərf edib, günə başlamazdan əvvəl  fikirlərini toplayırlar. Onlar erkən qalxdığı zaman vaxtlarını onları gözləyən işləri düşünməyə sərf edirlər. Və belə etdikdə insan özünü  həmin işləri görməyə hazır hiss edir. Başqalarının mürgülədiyi vaxt  iş görmək həqiqətən  gözəl bir hissdir. Ancaq əsas odur ki, sevdiyiniz işlə məşqul olasız.

Çox yatmağın bir çox səbəbi ola bilər:  Ya yorğunsuz ya boş vaxtınız çoxdur  ya da başqa səbəblər. Sizdə hansıdır? 

Banco.az / Aytən Hacımuradova

 

Ən sərfəli krediti almaq üçün müraciət et